"Teatrı deyil, ailəmi seçdim" — Allahverdi Yolçuyev

ŞOU-BİZNES 29 iyn 2020, 19:09

"Xəzər TV"də yayımlanan "Evdəkilərə salam" verilişi bu dəfə aktyor Allahverdi Yolçuyevin evində qonaq olub.


Sənətçi ailəsi ilə kamera qarşısına keçib. Aparıcı Aytəkin Mərdanovanın suallarını cavablandıran aktyor bildirib ki, teatrdan çıxmasına səbəb ailəsi olub:


"Dörd qızım var. İkisi ailəlidir, ikisi subay. Xanımım xalam qızıdır. Uşaqlıqdan Dilarə ilə bir idik, 40 ildir ailə qurmuşuq. Ailədə mehribanıq. Qonşular heç vaxt bizdən qışqırıq, dava eşitməyiblər. Problemlərimizi öz aramızda həll etmişik. Şan-şöhrətə qaçmamışıq. Ailələr indi ona görə dağılırlar. Şorba da içəndə, kabab da yeyəndə şükür etmişik. İnsan var gələn gəliri göyə sovurur, ailəni unudur. Mən isə nə olub ailəmə, övladlarıma, qardaşlarıma etmişəm. Bizdə deyilməyib ki, niyə qardaşa etdin?


Uzun illər toylar idarə etmişəm. Çox zəngin ailələrin toyunu aparmışam. Bəlkə teatrda olsaydım, fəxri adlar alıb, həyatımı daha yaxşı qurardım. Amma ailəmi seçdim. Ailə ilə teatr bir arada olmaz. Bu evi, hər şeyi şənliklər hesabına qurmuşam".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top