Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

SOSİAL 29 iyn 2020, 11:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi” haqqında Sazişi təsdiqləyib.


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete”si məlumat yayıb.


Sənədə əsasən, Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.


Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankarada imzalanmış Sazişi 20 may 2016-cı ildə təsdiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top