Neftçalada ərəblər 6 min manat cərimələndi

HADİSƏ 13 sen 2018, 14:58

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən üç nəfər saxlanılıb.

Demokrat.Az xəbər verir ki, ETSN-dən oxu.az-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahada Almehemid, Nasser Saleh Alnuuayser, Fahad Sulaimani Alhumaid olduğu məlum olub.

Onlardan üç ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top