Bu şəxslərə rayonlardan Bakıya gəlməyə icazə verildi — VİDEO

HADİSƏ 27 iyn 2020, 23:55

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərərgah Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib. 


Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək. Həmçinin, ümumlikdə ölkəmizdə karantin rejimi avuqst ayının 1-nə qədər uzadılıb.


Demokrat.az "hdxeber.com"-a istinadən xəbər verir ki, bu müddət ərzində respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakıya girişinə məhudiyyətlər qoyulub.


Amma xüsusi icazəsi, xəstəliyi olan şəxslər icazəni təsdiq edən sənədi göstərərək, paytaxtda daxil ola bilərlər. Lakin rayonlardan Bakıya avtobusların işləməməsi, taksilərin isə “qiymət oxuması” onların Bakıya gəlməsində problemlər yaradır.


Bəs, bu problemin aradan qalxması üçün rayonlardan Bakıya ekspress avtobus xəttlərinin təşkili nəzərdə tutulurmu?


Məsələ ilə bağlı açıqlama verən Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, paytaxta gəlmək istəyən vətəndaşlar üçün ekspress avtobusların təyin edilməsi gözlənilmir.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top