“14 gün çox sərt karantin rejimi tətbiq edilməlidir” — Rəsul Quliyev

GÜNDƏM 27 iyn 2020, 22:06

“Azərbaycanlılar koronavirusun təhlükəsini axıra qədər başa düşmürlər. Karantin rejimlərinə əməl etməyənlərin sayı artdıqca xəstəliyə yoluxanlarında sayı artır. Bu isə ölkənin dünyadan izoliyasiyasına gətirib çıxardır və iş yerlərinin açılmasına mane olur. Nəticədə Virusun yayılmasına şərait yaradırlar”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.
 

R.Quliyev qeyd edib ki, hökumətin vətəndaşlara pulla köməyi əbədi davam edə bilməz: 


“İnsanlar işləməli və pul qazanmalıdırlar. Bunun üçün hökumət xalqın naminə ən azı 14 gün çox sərt karantin rejimi tətbiq etməlidir və sonradan ölkəni həm daxildə, həmdə xaricə açmağa başlamalıdır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top