Arif Hacılı: “Nəcməddin Sadıkovun məruzəsi çox səlis, amma rus dilində idi"

GÜNDƏM 27 iyn 2020, 22:58

"Dövlət müşaviri olduğum zaman o vaxtkı korpus komandiri Nəcməddin Sadıkov Ağdərə yaxınlığındakı keçmiş Marquşavan kəndində yerləşən hərbi qərargah qarşısında nizami yerişlə qarşıma gəlib mənə belə bir məruzə etdi. Məruzəsi çox səlis, amma rus dilində idi. Hərbiçilər qarşısında ona heç nə demədim".


Demokrat.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk hesabında qeyd edib.


Daha sonra Arif Hacılı yazır: “Sonra məruzənin mətnini Azərbaycan dilində, rus əlifbası ilə yazıb ona verdim. Növbəti məruzələri dilimizdə, özü də indi olduğundan daha yaxşı edirdi. Dil məsələsi də xeyli dərəcədə indiki konyukturaya bağlıdır. Adam tanıyıram ki, poliqlotdur, neçə dil bilir, amma vətəndaşı olduğu, yaşadığı ölkənin dilini ya bilmir, ya da xeyli təhrif olunmuş formada danışır. 


Bu, indi dəbdir. Dilimizi əla bilən bəziləri var ki, adətən rusca, dilimizdə isə rus ləhcəsi ilə danışır. Bunlar rusdilli olmağı intellektuallığın xüsusi göstəricisi hesab edən iqtidar sahiblərinin xoşuna gəlmək naminə edilir. Dəqiq məsələyə toxunulan bir yazı qarşıma çıxdı. Baş Qərargah Rəisi öz adı və soyadını da təhrif olunmuş formada təqribən Nacmidn Sadıkv kimi ifadə edir. Adını da unutmayıb ki? Sadəcə, məlum ləhcənin qabarıq nümayişi roluna o qədər girib ki, hətta öz adını tələffüz edərkən roldan çıxmağı unudub…”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top