YAP-çı deputat: "Koronavirus hiylə tanımır"

GÜNDƏM 27 iyn 2020, 19:34

Koronavirusa qarşı mübarizə bu gün bütün bəşəriyyətin gündəliyində duran bir nömrəli məsələdir. Artıq hamı razılaşır ki, bu problemin həll edilməməsi sivilizasiyanın bütün nailiyyətlərini ciddi təhlükə altına atmış olur.


Demokrat.az xəbər verir ki, bunu milli məclisin deputatı Aydın Mirzəzadə deyib.
 

Onun sözlərinə görə, bu problemlə Azərbaycanda da ciddi mübarizə aparılır və məhdudlaşdırıcı tədbirlər sisteminin tətbiqi ilə bütün ölkəyə yayılmasının qarşısı alınmağa çalışılır:
 

"Bununla belə hələ də gündəlik bu xəstəliyə yoluxanların sayı çox yüksəkdir, karantinə alınan bölgələrin sayı durmadan artır. Buna səbəb isə hər kəsin karantin rejimi tələblərinə riayət etməməsidir. İctimai yerlərdə tibbi maska taxılmaması, sosial məsafənin gözlənilməməsi çox təəssüf ki, çox yayılıb. Hamımız hər gün bunun şahidi oluruq.
 

Tibbi maska taxılmasına görə cərimlərin tətbiqi də hər kəsi ictimai yerlərdə bu qaydaya əməl etməyə məcbur edə bilmir. Müxtəlif bəhanələr gətirilir. Ən qəribəsi isə bir çox çoxunun maskanı üzünə deyil də, çənəsinə taxması, polis görən kimi isə normal vəziyyətə gətirməsidir".
 

Deputat hesab edir ki, qaydalara riayət etməməklə kimisə aldatmaq olar, amma koronavirus hiylə tanımır və kiçik bir ehtiyatsıqlıq insanın bu ağır xəstəliyə düçar olmasına gətirib çıxarır:
 

"Artıq ölkəmizdə 15 mindən çox insan bu xəstəliyə yoluxub, 200-ə qədər vətəndaşımız bu səbəbdən həyatını itirib. Onların içində tanınmış simalar, o cümlədən hər birimizin yaxın adamları da var.


Çıxış yolu isə qanunun yerinə yetirilməsinin ciddi nəzarət edilməsi, hətta qanunun sərtləşdirilməsidir. Yüksək cərimə vermək istəməyən isə 30 qəpiklik tibbi maska ilə həm özünü, həm də büdcəsini qoruya bilər. Koronavirusu həyatımızdan yox eləmək hər birimizin vəzifəsidir".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top