Kamil Zeynallının səkkiz yaşlı qızı yenə maşın sürdü, benzini bitib yolda qaldı — VİDEO

ŞOU-BİZNES 27 iyn 2020, 14:42

Fitnes məşqçisi Kamil Zeynallı səkkiz yaşlı qızı Sahilə ilə yenə maşın sürüb.


Oxu.Az xəbər verir ki, yenə Sahilə sükan arxasına keçib.

 

Lakin ata-bala maşın sürərkən benzin bitib. Nəticədə onlar maşını xüsusi kəmərlə digər avtomobilin arxasına bağlayıb, aparmalı olublar.


Qeyd edək ki, bundan əvvəl də Kamilin qızı Sahilə karantin rejimi günlərini ıəyləncəli keçirmək üçün getdiyi rayonlardan birində avtomobilin sükanı arxasına keçmişdi. 


Xatırladaq ki, 18 yaşına çatmamış və sürücülük vəsiqəsi olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsi qanunla qadağandır. Paylaşılan videogörüntülərdə yol hərəkəti qaydaları kobud şəkildə pozulur.

 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top