"Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..." — Putinin mesajı işğalçı Ermənistana idi?

SİYASƏT 27 iyn 2020, 14:22

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rossiya 1 kanalında yayımlanan “Moskva. Putin. Kreml” proqramının efirindən maraqlı bəyanat verib.


Demokrat.az xarici mediaya istinadla xəbər verir ki, Putinin bu açıqlaması bir sıra keçmiş SSRİ ölkələrində maraqla qarşılanıb. 


Putin qeyd edib ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların bir çoxuna həmin təşkilatdan ayrılan zaman geniş ərazilər bəxş edilib. 


Onun sözlərinə görə, həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb:


“Əslində, həmin respublikalar SSRİ-nin tərkibindən çıxanda bu torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”.


Vladimir Putin məhz hansı respublikaları və hansı torpaqları nəzərdə tutduğunu deməyib. Sadəcə qeyd edib ki, Sovet İttifaqı yaradılarkən həmin respublikalara ittifaqın tərkibindən çıxmaq hüququ verilsə də, çıxışın prosedurları barədə qeydlər edilməyib.


Ancaq Rusiya prezidentinin bu açıqlaması Ermənistan ictimaiyyətində rezonans doğurub. Bu da gözlənilən idi. Çünki Ermənistan SSRİ-nin tərkibinə qoşulan zaman Azərbaycanın tarixi torpaqları hesabına ərazisini genişləndirib. 

 

Əslində, Putinin bu açıqlama birbaşa işğalçı Ermənistana mesajdır.


Elçin Rizvanoğlu

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top