İlham Əliyev Milli Şuranın bu videosundan danışdı

SİYASƏT 27 iyn 2020, 09:38

“Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura”.


“Yeni Sabah” xəbər verir ki, bunu president İlham Əliyev N saylı hərbi hissənin açılışında Milli Şuranın aşağıda təqdim etdiyimiz virtual iclasında səslənən fikirlərə cavab olaraq deyib. Həmin iclasda Milli Şuranın üzvü Gültəkin Hacıbəyli neftin qiymətinin 14 dollara düşməsi münasibəti ilə təbrik edir.


Prezident çıxışında deyib: “Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır”.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top