"Maska taxanda gözəlliyimə xələl gəlir" — Məleykə Əsədova

ŞOU-BİZNES 27 iyn 2020, 09:51

"Dünyada silahsız savaş gedir. Koronavirus bütün dünyanı bürüyüb. Çox çətin haldır".

 
Demokrat.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişində deyib.

 

Aktrisa efirlərə maska taxması ilə bağlı sosial şəbəkədə yayılan şərhlərə münasibət bildirib:


"Əvvəl insanlar inanmadı, barmaqarası baxdılar. Mənə çatmadı, bütün dünyanı bürümüş və həyatı dayandıran bir xəstəlikdir. Özümüzü qorumalıyıq. Beləcə, yaxınlarımızı, ətrafımızı qoruyacağıq. Qarşısını kəsə bilmədik, ikinci dəfə belə karantin yaşadıq. Maska taxıram, söz edirlər. Ürəyim belə taxmaq istəyir. Mənim belə xoşuma gəlir. Şeir deyirəm, açıram maskanı. Evdə qızım, yaxınlarıma maskasız küçəyə çıxmağa icazə vermirəm. Bunu taxmaqla gözəlliyimə xələl gəlir. Gəlsin, əsas sağlamlıqdır".(axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top