SON DƏQİQƏ: Klinikalar koronavirus testi müayinələrini dayandırdı

SOSİAL 27 iyn 2020, 08:30

Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.


Demokrat.az xəbər verir ki, dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır.


"Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam. Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər",- vətəndaşlardan biri Marja-ya bildirib.


Qeyd edək ki, yaxma nümunəsi götürülməklə aparılan müayinənin qiyməti 130 manat, qan müayinəsinin qiyməti isə 40 manat idi.(marja.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top