Goranboyda bir ailə yol qəzasına düşdü

HADİSƏ 27 iyn 2020, 00:03

Goranboy rayonunda avtomobil qəzası baş verib.

 

Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağcakənd kəndində qeydə alınıb.

 

Qəza nəticəsində 4 nəfər - 1989-cu il təvəllüdlü Günel Şirinova, onun bacısı, 1985-ci il təvəllüdlü Günay Şirinova, 1985-ci il təvəllüdlü Elşən İsmayılov və digər avtomobildə olan 1984-cü il təvəllüdlü Bəxtiyar Kazımov xəsarət alıblar. Onlar xəstəxanaya aparılıblar. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Hadisənin təfərrüatları araşdırılır.

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top