DİN: Qadınların polis postu ilə bağlı görüntüləri araşdırılıb

HADİSƏ 26 iyn 2020, 23:17

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən videogörüntülər paylaşılıb.


Demokrat.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin görüntülər dərhal araşdırılıb.


Məlum olub ki, sürücü İranə Əhmədova və 2 rəfiqəsi Xəzər rayonu, Mərdəkan qəsəbə sakinləridir.


"O da müəyyən edilib ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdır və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyır və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, polis əməkdaşları saxlamayıblar.


Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilib və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirib və əməllərindən peşman olduqlarını qeyd ediblər", - deyə bildirilir. ("Report")

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top