Mübariz İbrahimovla eyni hərbi hissədə qulluq edən məşhur aktyor: "Eşitdik ki, keçib ermənilər tərəfə..."

SOSİAL 26 iyn 2020, 20:47

Məşhur aktyor Taleh Yüzbəyov Silahlı Qüvvələr günü münasibəti ilə maraqlı paylaşım edib.

 

Demokrat.az xəbər verir ki, o, ''Facebook'' səhifəsində əsgərlik illərinə məxsus foto və hekayəsini yayımlayıb. 


"Əsgərlikdən qayıtmağıma az qalmış, xəbər gəldi ki, bir gizirimiz erməni tərəfə keçib, bütün batalyonu qırıb. Ola bilər ki, müharibə başlasın. Hamımız bir gün sakit o yan-bu yana gəzdik. Evdəkiləri bir də görə bilməməkdən qorxurduq. Müharibədənsə elə də yox. Öyrəşirsən postda o həyata. Qorxmursan güllədən. Sonra öyrəndik ki, həmin gizirin adı - Mübariz İbrahimov imiş" -deyə, o qeyd edib.  


Silahlı Qüvvələr günümüz mübarək! (''Ölkə.Az'')

 

Görüntünün olası içeriği: 5 kişi, açık hava

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top