Bakıda məşhur klinikadan qızın ölümü ilə bağlı AÇIQLAMA — YENİLƏNİB + VİDEO

SOSİAL 26 iyn 2020, 18:37

“Bona Dea” Beynəlxalq Hospitalı 22 yaşlı pasiyentin meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.


Tibb müəssisəsinin yaydığı açıqlamada qeyd olunub ki, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı iyunun 5-də qanhayxırma və son 20 gündə səkkiz kiloqram arıqlama şikayəti ilə tibb müəssisəsinə müraciət edib. 


Bildirilib ki, o, onkoloq tərəfindən müayinə olunub. Müayinə zamanı digər xəstəxanalarda aparılan radioloji müayinələr (torakoabdominal KT) araşdırılıb, ağciyər, qaraciyər və yumurtalıqlarda yayılmış şəkildə metastatik ocaqlar aşkarlanmışdı. Xəstə yaxınlarına mövcud vəziyyət barədə ətraflı məlumat verilmiş və dəqiq diaqnoz üçün biopsiya tövsiyə olunub:


“Xəstə və yaxınlarının yazılı razılığı əsasında qaraciyərdəki ocaqdan invaziv həkim radioloq tərəfindən biosiya götürülüb. Nəticədə xəstəyə “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub.


Tibbi onkologiyada bu durum təcili vəziyyət sayıldığından xəstənin yaşı nəzərə alınaraq zaman itirmədən kimyəvi müalicə başlandı. Xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində xüsusi izolyasiya olunan otağa yatırılıb və ona intensiv müalicə göstərilib.


Təqib zamanı qaraciyərdəki metastaz ocaqlarından qanaxma aşkarlandı və dayandırıldı. Kimyəvi terapiya davam etdirildi. Məlum olduğu kimi, kimyəvi terapiyanın ən geniş yayılmış yan təsirlərindən biri neutropeniadır. Xəstədə də neutropenia və sepsis aşkarlandı. Geniş spektrumlu antibiotik müalicəsi və intensiv müalicəyə baxmayaraq xəstə ağciyər çatışmazlığından iyunun 25-də vəfat edib.


Prosedurun izahı və qeydiyyat zamanı xəstə yaxınlarının “maddi problemimiz yoxdur, nə lazımdır olunsun” deməsi və yazılı razılıq verməsinə baxmayaraq, xəstənin və ailənin vəziyyəti nəzərə alınaraq mənfəət düşünülmədən sadəcə tibbi sərfiyyat və xərclər tələb olunub”.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Açıqlama...

A post shared by BonaDea International Hospital (@bonadeainternationalhospital) on

 

15:20

Bakıda xərçəng xəstəliyindən vəfat edən gənc qızın nəşi ailəsinə təhvil verilib.


Oxu.Az-ın məlumatına görə, Təbəssüm Məmmədovanın anası Elnurə Əsgərova bildirib ki, paytaxtda yerləşən “Bona Dea International Hospital”na 30 min ödəyib, qızının meyitini çıxarıb.

 

14:59

Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.


Oxu.Az-ın məlumatına görə, dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.


Onun anası Elnurə Əsgərova videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir:


“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.


“Bona Dea International Hospital”dan saytımıza bildirilib ki, məsələ barədə ictimaiyyətə məlumat veriləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top