Aygün Kazımova balkonda mahnı oxuyan gənclərə dəstək verdi

ŞOU-BİZNES 26 iyn 2020, 12:49

Xalq artisti Aygün Kazımova eyvandan mahnı oxuyan həmkarlarına dəstək olub.

 
Demokrat.az xəbər verir ki, görüntüləri şəxsi "İnstagram" səhifəsində paylaşan sənətçi həmkarları ilə qürur durduğunu yazıb:

 
"Gənc və istedadlı həmkarlarımın gözəl təşəbbüsünü alqışlayıram. Xalqımın nümayəndələri ilə qürur duyuram. Canım şairim, Cəlal Qurbanov, qələminə qüvvət".

 
Xatırldaq ki, Yasamal rayonunda eyvanda mahnı oxuyaraq polisə gül atan bir neçə gənc sosial şəbəkədə tənqid hədəfinə tuş gəlib. Belə ki, onlar polisə dəstək nümayiş etdirmək üçün eyvana çıxaraq mahnı oxuyub və sonra asayiş keşikçilərinə gül atıblar.(yenisabah.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top