Azərbaycanda ana 8 yaşlı qızını “gözlə, gəlirəm” deyərək parkda qoyub və gedib — FOTO

HADİSƏ 26 iyn 2020, 12:05

Azərbaycanda ana 8 yaşlı qızını “gözlə, gəlirəm” deyərək parkda qoyub və “yoxa çıxıb”.


Yeniavaz.com xəbər verir ki, bu məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “facebook”da paylaşıb. O sözügedən azyaşlının fotosunu paylaşıb və bildirib ki, o, uzun müddətdir baxımsız və natəmizdir:


“Uşağın dediyinə görə o, Məmmədova Səma Kazım qızı, 2012-ci il təvəllüdlüdür. Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən Uşaq Sığınacağına bir az öncə təhvil verilib. “Nizami parkı” ərazisində bir neçə gündür tək qalıb, gecələyib. Anasının adı Şəfadır. Gəncə şəhərindən olduğunu bildirir. Atasının adı Kazımdır, azyaşlının dediyinə görə İran əsillidir. Vəziyyətindən də məlumdur ki, uşaq uzun müddətdir baxımsız, natəmiz haldadır, günlərlə yatmadığını bildirir”.


K. Ağazadə onu tanıyanlardan məlumat vermələrini xahiş edib:


“Onu görüb tanıyan varsa, xahiş edirik 055 526 08 88 və ya 055 466 08 06 nömrəli qaynar xəttimizlə, “Whatsapp”la əlaqə saxlayasınız”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top