Millət vəkili: "Çox narahatam, TƏBİB bacarmır!"

HADİSƏ 26 iyn 2020, 11:43

“Təəssüf edirəm ki, Səhiyyə Nazirliyinin səlahiyyətləri alınanda və ölkədə iki səhiyyə qurumu yarananda bunu alqışlayanlardan olmuşdum”.


Yeniavaz.com xəbər verir ki, bu sözləri Millət vəkili Razi Nurullayev öz “facebook” səhifəsində yazıb. O bildirib ki, təcrübəsizlik sonda fəlakətlərə gətirib çıxara bilər:


“Bu sözləri yazmağa və deməyə məcburam. Bir ölkədə iki səhiyyə nazirliyi ola bilməz. Təəssüf edirəm ki, Səhiyyə Nazirliyinin səlahiyyətləri alınanda və ölkədə iki səhiyyə qurumu yarananda bunu alqışlayanlardan olmuşdum. Əslində, doğru ola bilərdi, amma bu sonunda ikihakimiyyətliliyə gətirib çıxardı.


Təcrübəsizlik çoxdur, lap çox. Bu təcrübəsizlik sonunda fəlakətlərə gətirib çıxara bilər. Çox narahatam. TƏBİB bacarmır!”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top