Ülvi Quliyev: “Bu tarix vətən uğurunda tarix yazanların günüdür” — VİDEO

SOSİAL 26 iyn 2020, 11:07

Deputat Ülvi Quliyev Silahlı Qüvvələr Günü münasibətilə “Facebook” səhifəsində paylaşım edib.


Paylaşımda deyilir:


“26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü! Bu tarix vətən uğurunda tarix yazanların günüdür.


Bütün şəhidlərimizi hörmətlə yad edir, veteranlarımıza minnətdarlığımı bildirir və Vətənimizi qorumaq üçün həyatını riskə atan hərbçilərimizin mərdliyi ilə fəxr edirəm!


Aprel zəfəri zamanı döyüş qabiliyyətini təsdiqləyən güclü ordumuz, əsgər və zabitlərimizin döyüş ruhu, vətən sevgisi sayəsində tezliklə Qarabağımızın azad olunması arzusu ilə bayramınız mübarək!”

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top