Gecə saat 12-dən sonra Azərbaycanda SƏRT KARANTİN tətbiq ediləcək? — AÇIQLAMA

SOSİAL 26 iyn 2020, 09:55

Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.


Qazet.az xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mümkündür.


Lakin öncəki həftələrdə şənbə və bazar günləri sərt karantin rejimi tətbiq edilirdi.


Hazırda bir çox vətəndaşı bu həftəsonu da sərt karantinin tətbiq edilib-edilməyəcəyi, marketlərin bağlanıb-bağlanmayacağı maraqlandırır.


Qazet.az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, bu həftəsonu ölkədə sərt karantin tətbiq edilməsi nəzərdə tutulmayıb. İcazəli iş yerləri, marketlər, parklar faəliyyətlərini davam etdirəcək. Yaşayış yerini tərk etmək isə SMS icazə ilə mümkün olacaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top