Məlum səs yazısının Bəhram Bağırzadəyə aid olduğu təsdiqləndi — VİDEO

ŞOU-BİZNES 26 iyn 2020, 09:40

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı açıqlama verib.


BAKU.WS xəbər verir ki, “ATV aktual” proqramının qonağı olan millət vəkili səs yazısının aktyora aid olduğunu təsdiqləyib:


"Bəli, o Bəhram Bağırzadənin səsidir. Ancaq unutmamaq lazımdır ki, ayın 6-da yüksək hərarəti olan Bəhram Bağırzadənin ayın 7-də aparılan Covid müayinəsi müsbət çıxıb. Ailəsinin dediyinə görə, həmin səs yazısı, böyük ehtimalla ayın 7-də dostlarına göndərdiyi səs yazısıdır".


R.Mahmudov deyib ki, Bağırzadə xəstəxanaya gətirildikdə belə virusa yoluxduğuna inanmaq istəmirdi:


"Bəhram müəllim ayın 10-da çəkilən kompüter tomoqrafiyasına qədər özünün xəstələndiyinə və Covid-19 xəstəsi olduğuna qətiyyən inanmaq istəmirdi və xəstəxanada yatarkən də bununla razılaşmaq istəmirdi. Əfsuslar olsun ki, ayın 9-da ağciyərdə 5%-lik tutulmaya baxmayaraq, ayın 12-də yenidən şikayətlərinin artması, boğulma hissinin artması ilə birlikdə ayın 13-də başqa xəstəxanadan bizim xəstəxanaya transfer olundu. Aparılan bütün müdaxilələrə baxmayaraq, ağciyərin böyük hissəsinin artıq tamamilə zədələndiyi, ECMO-ya bağlandığı və ECMO-ya bağlandıqdan sonra, hamıya məlum olduğu kimi, ayın 19-da ağciyərin 100%-dək hissəsinin zədələndiyi məlum oldu”.

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top