"Parlament üçün darıxıram" — Hüseynbala Mirələmov

SİYASƏT 25 iyn 2020, 23:23

“Parlamentlə bağlı xoş xatirələrim var. Orada bərkimişəm. Siyasi cəhətdən tam olaraq parlamentdə formalaşmışam. 15 il parlamentdə təmsil olunmaq zarafat deyil. Əlbəttə, parlament üçün darıxıram”.


Demokrat.az xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində keçmiş deputat Hüseynbala Mirələmov deyib.


O, bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvü olaraq seçkilərdə öz iradəsi ilə iştirak etmir: “Partiyamız kimi məsləhət bilirsə, onun da namizədliyi irəli sürülür və həmin şəxslər də mübarizəyə qoşulur. Əgər partiyamız  yenidən mənə etimad göstərib namizədliyimi irəli sürərsə, nə ixtiyarım var ki, getməyim!


Bu sadəcə olaraq partiyamızın qərarı ilə olan məsələdir. Kimi məsləhət bilsələr, o da böyük məmnuniyyətlə seçkilərə gedəcək. Hesab edirəm ki, bu, partiyanın tapşırığıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top