İndi qatıq qaradır ! “İçindən qurd çıxdı” (FOTO)

HADİSƏ 25 iyn 2020, 19:29

Bakıda "İvanovka” adı ilə satışda olan qatıqdan qurd çıxıb. Jurnalist İlhamə Əbülfətin Feysbuk hesabında yaydığı fotodan aydın görünür ki, həqiqətən də məhsulun içərisində qurd var. Fotonu paylaşan həmkarımız bildirib ki, məhsulun son istifadə tarixi keçməyib.
 

Məlumdur ki, “İvanovka” adı altında brend olaraq fəaliyyət göstərən müəssisə çoxlu sayda ağartı məhsulları istehsal edir. Bu brendə aid olan mallar öz təbiiliyi və keyfiyyəti ilə ilə seçilir. Amma sözügedən məsələ sərt tənqidə tuş gəlib. Sosial şəbəkə istifadəçiləri istehsal müəssisəsini kəskin şəkildə qınayıblar. 


Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az” a açıqlamasında bildirib ki, baş verən hadisənin isti hava ilə əlqəsi yoxdur.


Ekspertin fikrincə, bu hal təsadüf nəticəsindən baş verib:


“Qurd “İvanovka” qatığının içində olsa belə, kənardan düşmüş qurd ola bilər. Çünki qatığa qurdun düşməsi üçün qatığın turşuyub qıcqırması, mikroorqanizmlərin inkişaf etməsi, rəngini dəyişməsi lazımdır. Qurd qatığa təsadüf nəticəsində düşüb. Əks təqdirdə “İvanovka”nın brendliyinə şübhə yarana bilər. Hadisə haqqında konkret fikir bildirmək üçün təbii ki, dərin və ciddi araşdırma aparılmalıdır. “İvanovka” məhsulları araşdırılsa, ortaya çıxacaq ki, məhsulları keyfiyyətlidir. Çünki bu brend təbii məhsullar istehsal edir. Digər müəssisələrin məhsullarından kifayət qədər yüksək keyfiyyət göstəriciləri ilə fərqlənir”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top