“E-Təbib” mobil tətbiqlə də icazə almaq mümkün olacaq

SOSİAL 25 iyn 2020, 18:53

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan xüsusi karantin rejimində “E-Təbib” mobil tətbiqi vasitəsilə də icazə almaq mümkün olacaq.


Demokrat.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb.


Qərara əsasən, “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:


- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;


- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;


- giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;


- “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:


1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;


2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;


3. icazənin növü seçilir (1 və ya 2);


4. “Göndər” düyməsi sıxılır;


- “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;


“Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top