Fəzail Ağamalının köməkçisi seçicilərə maska və əlcək payladı — FOTOLAR

SOSİAL 25 iyn 2020, 18:03

Milli Məclisin deputatı Fəzail Ağamalının təşəbbüsü ilə Salyan - Neftçala rayonlarında koronavirusla qarşı maariflənmə kampaniyasına başlanılıb. 


Demokrat.az xəbər verir ki, 23 - 24 iyun 2020 - ci il tarixlərində Fəzail Ağamalının köməkçisi Xidmət Orucov Salyan rayonunun Qarabağlı, Təzəkənd, Kərimbəyli, Qaraçala, Düzənlik,  Peyk, Varlı I, Varlı II, Uluxanlı, Yolüstü kəndlərində, Neftçala rayonunun Şorkənd, Beştalı, Cəngən, Qaraqaşlı, Bala Surra, Ərəbqardaşbəyli, Asaği Surra kəndlərində zəruri səbəbdən bayıra çıxan insanlara Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyələrini - sosial məsafənin qorunması, maskadan istifadə və gigiyena qaydalarına riayətin vacibliyini diqqətə çatdırıb, onlara maska və əlcək paylanıb. 


Deputatın təşəbbüsü ilə başladılan koronavirusa qarşı maariflənmə kampaniyası davam etdiriləcək. 


Salyan və Neftçala rayonlarının kəndlərində aparılan maariflənmədən bəzi görüntüləri sizlərə təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top