"Oğlum deyir ki, yaşlı-başlı qadınsan, geyiminə bax"

ŞOU-BİZNES 25 iyn 2020, 18:49

Əməkdar artist Gülüstan Əliyeva oğlunun ona qoyduğu qadağalardan danışıb.


Demokrat.az xəbər verir ki, "Ulduzlu yayım" proqramını evində qonaq edən müğənni övladının geyimlərinə irad bildirdiyini deyib:


"Əvvəl elə bilirdim ki, maraqlanmır. Başqa sahənin adamıdır. Arada elə nüanslar oldu ki, gördüm oğlum bütün müsahibələrimi izləyirmiş. 12-13 yaşında geyimlərimə müdaxilə edirdi. Deyirdi, bu nədi qısa geyinmisən.


Böyüyəndən sonra iradlar davam etdi. Bu dəfə fərqli formada. İndi deyir yaşlı-başlı qadınsan, bu nədir geyinirsən? Ailə qurandan sonra dəyişdi. Gördüm ki, oğlumun mənə, həyata, gəldiyim həyat yoluna baxışı, fikirləri dəyişdi. İrad da tutdu bəzi halları".(axşam.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top