Tanınmış vəkil qarpızdan zəhərləndi — FOTO

HADİSƏ 25 iyn 2020, 16:12

Tanınmış vəkil Elçin Sadıqov qarpızdan zəhərlənib.


"MediaPost" xəbər verir ki, bu barədə özü facebook səhifəsində məlumat yayıb. Vəkil əlavə edib ki, bir neçə gün əvvəl qarpızdan zəhərlənərək halı pisləşib: "Qarpızı yedikdən təxminən 3 saat sonra qusma baş verdi və sonra halım pisləşdi. Halımın pis olması bir neçə gün davam etdi.


Operativ qərargahın yarıtmaz fəaliyyətini nəzərə alaraq ödənişli əsaslarla ağciyərin KT müayinəsindən keçdim və dünən Covid-19 testi verdim.


Şükür olsun Allaha, ağciyərim təmiz çıxdı və testin nəticəsi də “Neqativ” çıxdı. Bax belə neqativlər insana moral verir".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top