DİN rəsmisi: "Mən o sakinləri tanımıram" — FOTO

SOSİAL 25 iyn 2020, 15:50

Xüsusi karantinin tətbiq olunduğu bu günlərdə Yasamal rayonunda eyvana çıxaraq, Azərbaycan polisinin şəninə mahnı oxuyan, daha sonra onlara çiçək atan “qonşular”ın fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə yol açıb. Fotoda əllərində dönər və sərinləşdirici içki olan “qonşular” konsert sonrası kollektiv görüntülərini əbədiləşdiriblər. Əksəriyyət “qonşular”ın jestini ucuz şou adlandıraraq, bunu təşkil edənləri qınayıb.


Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Daxili İşər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyilənlərlə razılaşmayıb:


“Bu, tamamilə sakinlərin öz istəklərilə təşkil olunmuş bir jest idi. Vətəndaşlara buna görə irad bildirə bilmərik, sadəcə təşəkkür edirik”.


Qonşuların Milli Konservatoriya tələbələri olmasına gəlincə, DİN rəsmisi bundan məlumatsız olduğunu deyib:


“Mən o sakinləri tanımıram. Sizin kimi sadəcə videodan izləmişəm. Amma bunu iddia edənlər varsa da, demək istəyirəm ki, çətin günlərdə öz vəzifə borcunu layiqincə yerinə yetirən Azərbaycan polisinin hansısa ucuz şouya, hansısa mahnıya ehtiyacı yoxdur. Bu, sadəcə sakinlər tərəfindən edilmiş xoşməramlı bir jest idi. Uşaq-böyük, qadın-kişi hamısı eyvanda idi. Burada pis nəsə axtarmaq gərəksizdir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top