Nazim İbrahimov daha bir vəzifəsini itirdi — YENİ TƏYİNAT

SOSİAL 25 iyn 2020, 14:07

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov daha bir vəzifəsini itirib.


Sfera.az-ın məlumatına görə, o Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri vəzifəsindən azad edilib.


Keçmiş komitə sədrini həmin postda Birləşmiş Ərəb Əmirliyində Azərbaycan Ticarət Palatasının rəhbəri kimi fəaliyyət göstərən Elnur Əliyev əvəzləyib.


Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top