Bağlanmış bankların qeyri-qanuni qəbul etdiyi əmanətlər qaytarıla bilər — RƏSMİ

İQTİSADİYYAT 25 iyn 2020, 13:29

“Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “AtaBank” ASC, “Amrahbank” ASC, “AGBank” ASC və “NBC Bank” ASC-nin bir zamanlar qanunsuz olaraq götürdüyü əmanətlər müvəqqəti olaraq blok edilib”.


Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.


O vurğulayıb ki, qeyd edilən əmanətlərlə bağlı araşdırma aparılıb:


“Biz çalışacağıq ki, onları blokdan çıxaraq. Bu, mümkün olmadığı təqdirdə, Konstitusiya Məhkəməsinə müraciət ediləcək ki, qanunsuz qəbul edilmiş əmanətlərlə bağlı məsələ vətəndaşların xeyrinə həll edilsin”.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top