Azərbaycanda fövqəladə vəziyyətə hazırlıq görülür? — AÇIQLAMA

SOSİAL 25 iyn 2020, 12:59

Ölkədə karantin rejiminin yumşaldılmasından sonra virusa yoluxanların sayı kəskin artıb. Görülən tədbirlərlə, alınan qərarlarla hələki yoluxmanın qarşısını almaq mümkün deyil. 


Görünən odur ki, insanlar hələ də virusun ciddiliyinin fərqində deyil.


Bəs, belə olan halda ölkədə fövqaladə vəziyyət elan oluna bilərmi?


Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili bildirib ki, fövqaladə vəziyyətin elan olmasına hazırda ehtiyac yoxdur:


“Virusla mübarizə üçün katantin və sərt karantin metodları kifayətdir. Yetər ki, hər birimiz davranışlarımızda qaydalara əməl edək. Ümumiyyətlə, təcrübə göstərir ki, virusla mübarizə şüurlu və kollektiv olmalıdır. Yəni, sərt qaydaları gözləmədən hər birimiz özümüz üçün bu sərt qaydaları müəyyənləşdirməliyik. Hər şeyi dövlətdən gözləmək əvəzinə, dövlətə bu mübarizədə yardım etməliyik”, - deyə o bildirib.(redaktor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top