YAP üzvündən TƏKLİF: Maskanı biləyinizə, topuğunuza bağlayın, desinlər "yəqin indeyskidir"!

SOSİAL 25 iyn 2020, 11:59

Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərt karantin rejiminin əsas şərtlərindən biri də qapalı yerlərdə tibbi maskadan istifadə məcburiyyətidir.


KONKRET.az bildirir ki, çox təəssüflər olsun ki, bu məhdudiyyətlərə hələ də əməl etməyənlər çoxluq təşkil edir. Prezident İlham Əliyev də bununla bağlı bildirib ki, qapalı şəraitdə maska taxmaq insan sağlamlığının qorunması baxımından vacib şərtdir və o bir Prezident kimi nümunə olaraq tibbi maskadan istifadə edir.


Bu baxımdan vətəndaşlarımız arasında maskadan istifadə imitasiyası daha geniş yayılıb. Məşhur 91-lərdən olan, tanınmış YAP üzvü Xeyrəddin Qoca isə bu problemə daha ironik münasibət bildirib:


“Maskanı çənənizə bağlamayın, pis görünür! Ondansa, biləyinizə, topuğunuza bağlayın, desinlər “yəqin indeyskidir!””


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top