Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

SOSİAL 25 iyn 2020, 10:35

Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub.


Demokrat.az xəbər verir ki, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.


Sahib Məmmədov faktı təsdiqləyib.


Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: “İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top