Gəncənin yeni başçısı daha bir nəfəri işdən çıxardı

HADİSƏ 11 sen 2018, 13:21

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mütəxəssisi Aytəkin Məmmədova vəzifəsindən azad olunub.

 

Demokrat.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müvafiq əmr imzalayıb.

 

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

 

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi İbrahimov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top