Məşhur müğənni ağır qəzaya düşdü

ŞOU-BİZNES 25 iyn 2020, 08:56

Türkiyəli müğənni Alişanın başına iş gəlib.


Demokrat.az xəbər verir ki, sənətçi həyat yoldaşı, aktrisa Buse Varol və 2 yaşlı oğlu Ali ilə avtomobil qəzası keçirib.


Fırlanaraq 30 metr məsafədə sürünən avtomobildə ailə ciddi xəsarət almayıb.


Hazırda vəziyyətlərinin yaxşı olduğunu deyən Alişan qəza barədə açıqlama verib:


“Böyük şok yaşadıq, ölümdən qayıtdıq. Həyatımda ilk dəfə qəza keçirirəm, verilmiş sədəqəmiz var imiş. Sonra gördük ki, avtomobilin körpüsü qopub. Necə baş verdiyinə təəccüblənirəm”.(axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top