Yevlaxdakı su problemi ilə bağlı rəsmi AÇIQLAMA

SOSİAL 24 iyn 2020, 17:03

Sərt karantin rejiminin tətbiq olunduğu Yevlax rayonunun Nizami prospekti 53 ünvanında yerləşən binada bir həftədir ki, içməli su problemi yaşanır. 


Bununla bağlı bina sakinləri bildiriblər ki, yaranmış çətinliklə bağlı Yevlax Rayon Su İdarəsinə və İcra Hakimiyyətinə müraciət etsələr də, məsələ həll olunmayıb. 


“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ ilə bağlı açıqlamasında bildirib ki, sözügedən əraziyə içməli suyun verilməsi bu gün təmin olunacaq:


“Əməkdaşlarımız dünən də həmin ərazidə işləyib, bu gün də işlər davam etdirilir. Köhnə, Sovet dövründə çəkilmiş xətdir. Təzyiq aşağı olduğundan normal su çatmır. Beşmərtəbəli yeni tikilidir və öz anbarları var. Onların anbarlarına suyun verilişi bu gün təmin olunacaq”.(qafqazinfo.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top