Məhkəmə icra başçısının sahibkara qarşı iddiasını rədd etdi — FOTO

HADİSƏ 23 iyn 2020, 20:36

Məhkəmə Şəmkir Rayon  icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun "Şəmkir Şampan Şərabları" ASC-nin direktoru Hafiz İbrahimova qarşı şikayətinə  baxıb.


Demokrat.az bildirir ki, bu barədə unikal.org-a H.İbrahimovun özü məlumat verib.


O, bildirib ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan məhkəmə prosesində icra başçısı Alimpaşa Məmmədovun şikayəti təmin edilməyib.


Qeyd edək ki, A.Məmmədov iş adamının onun şərəf və ləyaqətinin alçaltdığını iddia edərək AR Cinayət məcəlləsinin 147.1 və 148-ci maddələri ilə H.İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsini istəyirdi.

 

Məhkəmə icra başçısının sahibkara qarşı iddiasınıRƏDD ETDİ - FOTO

Məhkəmə icra başçısının sahibkara qarşı iddiasınıRƏDD ETDİ - FOTO

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top