Yeni başçı Elmar Vəliyevin bağladığı ziyarətgahın açarlarını dindarlara təqdim etdi

HADİSƏ 10 sen 2018, 11:43

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Aşurə öncəsi şəhərdə olan bütün məscidləri ziyarət edib.


Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Məhərrəmlik ayının başlanması ilə əlaqədar "İmamzadə" ziyarətgahında olub. O, ziyarətgah ətrafında təmizlik işlərinin aparılması, işıq dirəklərinin yenilənməsi, yaşıllıqların bərpası üçün göstəriş verib. İcra başçısı həmçinin, İmamzadə məscidində 5000 nəfərə yaxın insanın ibadət edə biləcəyi mərasim zalının açarını da yenidən dindarlara təqdim edib.


Sabahdan etibarən İmamzadə ziyarətgah kompleksi dindarların istifadəsinə veriləcək. Məhərrəmlik ayının ilk günündən sonuna qədər ziyarətgah kompleksində olan Hüseyniyyə məscidində kişilər, Zeynəbiyyə məscidində qadınlar dini ayınləri yerinə yetirəcəklər.


Niyazi Bayramov bundan başqa, Gəncə şəhərində yerləşən iki məsciddə təmir-bərpa işlərinin aparılması barədə də tapşırıq verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top