Dərslər ilin sonunadək təxirə salınıb? — AÇIQLAMA

SOSİAL 23 iyn 2020, 15:50

Xəbər verdiyimiz kimi iyunun 22-də 478 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxmasına məhdudiyyətlər qoylub. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma dinamikası artma dinamikası ilə davam etsə dərslərin açılması dekabra kimi təxirə salına bilərmi?

 
Bununla bağlı danışan deputat İlham Məmmədov bildirib ki, bu gün koronavirusun yayılma sürəti artıb:

 
"Gündəlik yoluxanların sayı sağalanlardan çoxdur. Əvvəl insanlar deyirdi ki, mənim tanıdığım insanlardan heç biri bu virusa yoluxmayıb. Bu gün insanların hər biri yaxınlarının bu virusa yoluxduğunun şahidi olur. Təəssüf ki, son bir neçə həftədə bu virus özünü ağırlaşma ilə göstərir. Koronavirus sağlamlığımızı təhdit edən təhlükəli virusdur. Təbii ki, mövcud vəziyyətə uyğun həyat şəraitimizi uyğunlaşdırmalıyıq. Bu gün məktəblərin və universitetlərin bağlanması uşaqların, gənclərimizin qorunmasına xidmət edən amildir. O ki, qaldı məktəblərin açılmasının dekabra kimi təxirə salınma ehtimalına, bu barədə danışmaq hələ tezdir. Biz hazırda yaxın günlər üçün hansısa fikir səsləndirə bilərik. Bu gün biz sosial məsuliyyətimizlə virusun yayılma sürətini azaltmalıyıq. Məktəblərin açılması vəziyyətin gedişindən asılı olacaq. Yəni sentyabra kimi virus özünü necə aparacaq, hansı simptomlarla özünü göstərəcək, hansı ağırlaşmalarla olacaq, ümumiyyətlə bunun qarşısı alınacaqmı? Bu suallara cavab tapdıqdan hər hansı fikir səsləndirmək olar. Ayrı-ayrı insanların bu barədə fikir səsləndirməsi düzgün olmaz. 2 həftəlik sərt karantin rejimində biz yoluxmaların sayında azalma müşahidə etsək, məktəblərin açılması barədə fikirləşmək olar. Əlbəttə insanlarımız narahatdır. Övladlarına toy etmək insanlar var. Düşünürlər ki, bu məhdudiyyətlər nə zaman aradan qaldırılacaq. Əgər insanlarımız övladlarına toy etmək, onları məktəbə yola salmaq istəyirlərsə, sosial məsuliyyətini dək edib, Operativ Qərargahın qoyduğu qaydalara əməl etməlidirlər. Təbii ki, bu gün informasiya və texnologiya vasitələri kifayət qədər inkişaf edib. Əgər zəurət yaranarsa dərslər elektron formada davam etdirilə bilər. Amma heç birimiz bunu arzulamırıq. Hər birimiz tezliklə normal həyatımıza qayıtmaq istəyirik".(sonxəbər.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top