Sərt karantin rejimi uzadılır — AÇIQLAMA

SOSİAL 23 iyn 2020, 13:14

Son günlər sosial media və bir çox KİV-də sərt karantin rejiminin uzadılması və ya tez bitməsi ilə bağlı xəbərlər yer almaqdadır.

 
Demokrat.az-ın xəbərinə görə, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycanda karantin rejimi avqust ayının 1-nə qədər uzadılıb.


Deputat Fazil Mustafa bildirib ki, belə davam edərsə, karantin müddəti daha da uzadıla bilər. Çünki məsuliyyətsiz vətəndaşlara görə yoluxmaların sayı hər gün artmaqdadır.

 
“Rejim niyə uzadıla bilər? Ona görə bu ola bilər ki, Gürcüstanda və ya başqa yerlərdə əhali pandemiyaya qarşı mübarizədə çox ciddi iştirak edirlər. Hər hansı problem yaratmırlar. Siz görürsünüz ki, küçəyə çıxanların 10 nəfərindən 2-də maska var. Bu o deməkdir ki, karantinin uzadılması üçün çalışan bir qüvvə var. Hökumət karantini uzatmağın marağında deyil. Biz məsuliyyətli davranan vətəndaşların sayını artırmalıyıq”, – deyə millət vəkili qeyd edib.

 
Qeyd edək ki, mövcud karantin rejiminin müddətinin uzadılması gedişatdan və ən əsası Operativ Qərargahın qərarından asılı ola bilər.(qazet.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top