Deputatların koronavirus testinin nəticələri açıqlandı

SOSİAL 23 iyn 2020, 12:57

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri açıqlanıb.


“Report” xəbər verir ki, testin nəticələri ilə bağlı deputatların və Milli Məclis Aparatının əməkdaşlarının mobil telefonlarına müvafiq bildiriş gəlib.


Məlumatı "Report"a deputat Tahir Kərimli də təsdiqləyib. O bildirib ki, özünün koronavirus testinin nəticəsi neqativ çıxıb.


Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri ilə bağlı parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən geniş məlumat veriləcək.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top