Rusiyada azərbaycanlı tələbənin qətlində təqsirləndirilən şəxs həbs edildi — FOTO

HADİSƏ 22 iyn 2020, 23:58

Volqoqradın Mərkəzi Rayon Məhkəməsi şəhərin Tibb Universitetinin xarici tələbəsi - 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyev barəsində həbs qərarı çıxarıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə TASS-a Volqoqrad əyaləti məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Ekaterina Valkovskaya bildirib.

 

Vasilyev barəsində avqustun 21-ə qədər - iki aylıq həbs qərarı çıxarılıb. Ona qarşı qətl maddəsi üzrə ittiham irəli sürülüb. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top