Xaricdən gətirilən smartfonlar Azərbaycana buraxılmadı — VİDEO

HADİSƏ 22 iyn 2020, 22:52

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiyadan ölkəmizə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.


Komitədən Demokrat.az-a daxil olan xəbərə görə, həmin məlumat əsasında Rusiyadan gələn Azərbaycan vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun idarə etdiyi "SCANİA R420" markalı nişanlı yük nəqliyyat vasitəsi "Samur" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.


Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd müxtəlif versiyalı "iPhone 11" markalı və 15 ədəd "Samsung S20" markalı, ümumilikdə 217 ədəd mobil telefonlar aşkar edilib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top