Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində izahat yazdı

SİYASƏT 22 iyn 2020, 21:34

“Deputat Fazil Mustafa mənim barəmdə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib, həyatına təhdid olmağımı bildirib, “adam olmağa” çağırışı təhdid, şantaj, hədə-qorxu saydığını bildirib”.

 

Demokrat.az xəbər verir ki, bunu bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmış ictimai fəal Bəxtiyar Hacıyev deyib.


“Şikayətlə Baş Polis İdarəsinə dəvət edildim, geniş izahat yazdım, millət vəkilinin vətəndaşları təhqir etməsinin yolverilməz olduğunu, deputat toxunulmazlığı arxasında gizlənərək, vətəndaşları təhqir edə bilməyəcəyini bildirdim. Baş Polis İdarəsində normal şəkildə qəbul edildim, izahat yazdım, çıxdım.

 

Onunla bağlı bir neçə quruma müraciət etmişəm, Baş Polis İdarəsinə də, məhkəməyə də müraciət edəcəm. Müqavilə bağladığımız vəkil dostumuz Aqil Layıc da ora gəlmişdi, lakin izahatı yekunlaşdırdığıma görə oradakı işimizi yekunlaşdırdıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top