Oğuzda yeniyetməyə dəmir parçası ilə xəsarət yetirildi — YENİLƏNİB

HADİSƏ 22 iyn 2020, 21:21

Oğuzda baş verən davada yeniyetmənin mismarabənzər dəmir parçası ilə xəsarət aldığı məlum olub. 


"Report"un Şimal-qərb bürosunun məlumatına görə, M.Qədirli digər bir şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və nəticədə yeniyetmə hər iki qolundan dəmir parçası ilə yetirilmiş xəsarətlər alıb.


Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.


*** 18:26

Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.


"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində 5 nəfər arasında kütləvi dava olub. Dava zamanı bir nəfər - Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.


Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top