Bakıda taksi avtobusla toqquşdu

HADİSƏ 22 iyn 2020, 19:55

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.


BNA-dan verilən məlumatına görə, bu gün saat 18:00 radələrində "Veten.Az-Trans" MMC-nin müvəqqəti istismarında olan 46 nömrəli, 99-JU-517 dövlət nömrə nişanlı, "İsuzu B902" markalı avtobusu idarə edən sürücü, Məmmədov Ruslan Ramiz oğlu Puşkin küçəsi ilə hərəkət edərkən əks istiqamətdə hərəkət edən taksi minik avtomobili ilə toqquşub: “Daşıyıcının verdiyi məlumata görə hadisə taksi minik avtomobilinin svetoforun icazə siqnalını nəzərə almadan qəfil sola dönmə əməliyyatı etməsi səbəbindən baş verib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb”. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top