Ölkədə daha bir məmur koronavirusdan vəfat etdi

HADİSƏ 22 iyn 2020, 19:11

“Azərişıq” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib. 

 

Demokrat.az xəbər verir ki, “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayev ölüb.

 

Mərhum bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

 

O.Musayev dünən gecə həyatını itirib.

 

“Azərişıq” ASC ASC-nin mətbuat xidmətindən isə bildirilib ki, Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayevin hansı səbəbdən vəfat etməsinə dair onlarda rəsmi məlumat yoxdur.

 

Qeyd  edək ki, bir neçə gün bundan əvvəl “Azərişıq” ASC-nin daha bir əməkdaşının da koronovirusdan ölməsi barədə məlumat vermişdik.(Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top