Baş Prokurorluqdan Abşeronda icra başçısı müavinlərinin həbsi xəbərinə REAKSİYA

HADİSƏ 22 iyn 2020, 13:01

Azərbaycanın Baş Prokurorluğu Abşeron Rayon İcra Hakimiyyətinin binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilməsi barədə bir sıra saytlarda yayılan məlumatlara münasibət bildirib. 


 Baş Prokurorluğun mətbuat xidmətindən Demokrat.az-a daxil olan məlumatda deyilior:


"Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır.


Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.


Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur".


Qeyd edək ki, "haqqin.az" saytı Abşeron Rayon İcra Hakimiyyətinin binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilməsi və əməliyyat zamanı rayon rəhbəri İradə Gülməmmədovanın bütün müavinlərinin saxlanılması barədə xəbər yayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top