Ayan intihara cəhd edibmiş...

ŞOU-BİZNES 22 iyn 2020, 13:25

“Axır vaxtlar heç kişiləri sevmirəm. Onlarda sevmədiyim xüsusiyyətlər arasında xəyanəti deməyəcəm. Bugünkü gündə kişilər qalan yerdə qadınlar da xəyanət edir. Bundan əlavə, sərhəd və qadağa qoymaqlarını sevmirəm. Bəlli yaşa gəlib çatmışam, uşaq deyiləm. İkincisi odur ki, boş-boş vəd verilir, icra olunmur. Bu vədlərə ağıllı qadınlar inanmaz. Bundan əlavə, kişilərdə bəyəndiyim xüsusiyyət xarakterli olmalarıdır”.


“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “ATV maqazin onlarla” proqramında qonaq olarkən qeyd edib. Sənətçi verilişin “33 sual” rubrikasında bəylərdə sevmədiyi xüsusiyyətlərdən, sevgi həyatından söz açıb:


“Həyatımda üç dəfə sevmişəm. Məsafələr sevgini azaldır. Hiss etdiyin insan yanında olmur, ona toxunub, gözlərinə baxıb danışa bilmirsən. Ona görə də hər şey sönür, məhv olur. Mən bir dəfə sevginin arxasıyla getmişəm. Ondan sonra sevgi üçün mübarizə aparmıram. Düşünmürəm ki, artıq eşq üçün ağlımı itirərəm”.


Sənətçi vurğulayıb ki, uzun müddət bundan əvvəl intihara cəhd edib: “Həyatıma qəsd etmək istəmişəm. İnsan güclü olmaqdan bezir, xoşbəxt qadın olmaq istəyirsən. Xəyallar qurursan, amma puç olur, köşəyə sıxılırsan, özün öz kölgəndən, varlığından qorxursan. Gücün çatmır, canına qəsd etmək istəyirsən. Bunu təbliğ etmirəm, doğru bir şey deyil. İnsan özünü cilovlamalıdır. Amma mənim üçün heç kimin fikri önəmli deyil. Əsas övladımın xoşbəxtliyidir”.


Bundan əlavə, ifaçı öz adının Ayan olmadığını söyləyib: “Nənələrimdən biri Dərbənd əsilli dağ yəhudisidir. Onlarda bir adət var ki, qız və oğlan övladının bəlli yaşa kimi bir adı olur. 13 yaşıma kimi adım Samirə olub. Qardaşımla əkiz olmuşam. Ad uyğunluğuna görə Samirə deyiblər. Sənət adım Ayandır”.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top